Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 15:23:00
“Maaşlarımız aşağıdır, bir otaqda 10-12 əməkdaş işləyir”-Möhsün Nağısoyludan giley

 

 

 

AMEA işçilərinin maaşları çox aşağıdır”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA prezidentinin müşaviri, akademik  Möhsün Nağısoylu deyib.

 

 

Ötən gün 2019-cu ildən AMEA-ya rəhbərlik edən Ramiz Mehdiyevin istefası elmi qurumu medianın gündəminə çevirib.

 

 

Möhsün Nağısoylu AMEA və Azərbaycan elmini gələcəkdə nələrin gözlədiyinə münasibət bildirib:

 

 

“Yaşlı nəslin nümayəndəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının gəncləşməsini və yeni kadrlara yer verilməsini çox istəyərdim. Həmçinin, AMEA-da stimullaşdırıcı tədbirlər görülməlidir. Hazırda AMEA-da rəhbərlik dəyişib, düşünürəm ki, gənc kadrlara daha çox yer veriləcək, onlara elmin inkişafı üçün çox zərurət var.

 

 

Maaşlarımızın artmasına ehtiyac var. Çünki hazırda AMEA işçilərinin maaşları çox aşağıdır. Həmçinin, iş şəraitimiz də yaxşılaşdırılmalıdır, çünki elə olur ki, bir otaqda 10-12 nəfər insan əyləşir. Həm də məişət şəraitimiz çox aşağıdır, o, da yaxşılaşdırılsa, AMEA inkişaf edə bilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları