Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 15:45:00
Azərbaycanda 9-cu sinif şagirdi koronavirusa yoluxdu
Tovuzda orta məktəb şagirdində Covid-19 aşkarlandığna görə sinif bağlanıb.
 
 
AzEdu.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Tovuz rayonun Adil Qasımov adına tam orta məktəbin 9-cu sinif şagirdlərinin birində COVID-19 infeksiyası aşkar olunub. Bu səbəbdən məktəbin sözügedən sinfi Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında distant təhsil sisteminə keçib.
 
 
İnfeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 7 gün müddətində distant təhsillə əvəz olunub.