Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 15:18:00
VI SABAH Karyera Qış Məktəbi keçiriləcək

9-11 fevral 2022-ci il tarixlərində Şamaxıda SABAH Karyera Qış Məktəbi keçiriləcək.


AzEdu.az xəbər verir ki, qış məktəbi məzun olacaq SABAH tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir ki təşkil edilir. 


SABAH Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr 25 yanvar 2022-ci il saat 00:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki: https://forms.office.com/r/QQ9jwi1J1r       


Qış məktəbində tələbələr SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.    


SABAH Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət) uyğun olaraq təlimlərdə iştirak edəcəklər. Tələbələrin seçimi ÜOMG və seçilmiş sahə üzrə nailiyyətləri nəzərə alınmaqla aparılır.


Qeyd edək ki, qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.