Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 10:00:00
ABŞ professorlarını heyrətləndirən məktəbli  Xədicə: “Kosmosu daha yaxşı öyrənəcəyik”    

Professor Klint Sprottun təqdimatında 37 ildir davam edən "The Wonders of Physics" televiziya şousunun 38-ci buraxılışında Azərbaycandan olan 11-ci sinif şagirdi Xədicə Balakişiyeva "Wormholes and Time Machines" adlanan video-araşdırması efirə gedib.

 

Bu video-araşdırma 9 jüri tərəfindən "Ən yaxşı modern fizika videosu" nominasiyası üzrə qalib elan olunub.

 

Xədicə Balakişiyevaya veriliş və professor Klint Sprott tərəfindən plakat, sertifikat və hədiyyə mükafatı təqdim olunub.

 

 

AzEdu.az-a danışan Xədicə Balakişiyeva fizika üzrə videonun necə hazırlanmasından söhbət açıb:

 

 

Video üzərində 9-cu sinifdən çalışmağa başladım. Onun təqdim olunması üçün geniş araşdırma vacib idi. Həmin araşdırmalarımüxtəlif məqalələrdən seçərək önəmli faktları videoya əlavə etdim. Məqsəd mövzunu qısa şəkildə 3 dəqiqə müddətində izah etmək idi. 9-cu sinifdə təhsil alarkən başqa beynəlxalq yarışmaya üz tudum, lakin burada yer qazana bilmədim.

 

 

Bu verliş 38 ildir ki, davam edir. Çəkdiyim videonun kateqoriyası modern fizika ilə bağlı idi. Bu nominasiya üzrə hazırladığım material ən yaxşı video seçildi. Burada mövzum qara dəliyin əksi olan ağ dəlik barədədir. Qara dəlik birtərəfli olduğu kimi dəlik ikitərəfli olur. Burada dəliklərin zamanla uzlaşmasından söhbət gedir. Bu uzlaşma vasitəsi ilə biz kainat, zaman və məkan haqqında daha çox məlumat əldə edəcəyik. Bu da bizim həyata baxışımızı daha da elmi istiqamətə dəyişəcək”.

 

 

O, qeyd edir ki, video üzrə seçdiyi mövzu tam sübut olunmayıb:

 

 

“Çünki qara və ağ dəliklər kosmosun dərinliklərində olduğu üçün onunla bağlı elmi araşdırmalar hələ də davam edir. Bunun üçün bir çox kitab və elmi qaynaqlardan araşdırma edərək dəqiqməlumat əldə etməyə çalışdım. Gələcəkdə də bu istiqamətdə müxtəlif elmi araşdırmalar edə bilərəm”.

 

 

Xədicə Balakişiyeva gələcək hədəflərindən söz açıb:

 

 

Gələcəkdə tibb üzrə təhsil almaq istəyirəm. Lakin elm sahələri olan biologiya və fizikaya daha çox marağım var. Hazırda SAT imtahanı vermişəm, onu qəbul edən bir çox beynəlxalq universitetlər var. Arzum dünyada top universitetlərdən birində təhsil almaqdır. Əsas hədəfim təqaüdlə qəbul olmaqdır.

 

 

11-ci sinif şagirdi iştirak etdiyi beynəlxalq olimpiadalardan da söz açıb:

 

 

İngilis dili üzrə beynəlxalq olimpiada da  iştirak edərək 94 bal topladım və qızıl medal əldə etdim. Fizika üzrə də müxtəlif müsabiqələrdə də iştirak etmişəm.

 

 

Həmin videoya bu linkdən baxa bilərsiz:

 

 

https://www.facebook.com/hedefliseyi/posts/1558384631206626

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları