Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 13:00:00
9 və 11-ci siniflərin buraxılış imtahanları bu tarixdə keçiriləcək-DİM AÇIQLADI

 

Dövlət İmtahan Mərkəzi 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan tarixləri açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq.