Azedu.az

UNEC tələbəsinin unudulmaz günü: “Gözlə Məni” şeirlər kitabının təqdimatı

Ali təhsil

15 Dekabr 2021, 15:01
UNEC tələbəsinin unudulmaz günü: “Gözlə Məni” şeirlər kitabının təqdimatı

UNEC-in tələbəsi Məhsim Bədirxanlının “Gözlə Məni” şeirlər kitabının təqdimatı və imza günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, Kitab UNEC rəhbərliyinin dəstəyi ilə İqtisad Universitetinin nəşriyyatında dərc olunub.

 

UNEC-in 2 saylı tədris binasının kitabxanasında təşkil olunan təqdimat və imza günündə UNEC KİM-in direktoru Adilə Abdullayeva, UNEC İnklüziv mərkəzinin koordinatoru Sevinc Məhsimova, müəllim və tələbələr, həmçinin Məhsim Bədirxanlının valideyni də iştirak edib.

 

Təqdimata gələnlər Məhsim Bədirxanlını təbrik edərək, ona təhsilində və yaradıcılığında uğurlar arzulayıblar.

 

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin 3-cü kursunda təhsil alan Məhsim Bədirxanlı uşaq serebral iflic I dərəcədən əlilliyi olan tələbədir. “Gözlə Məni” şeirlər toplusu uşaqlıqdan şeir yazan Məhsim Bədirxanlının ilk kitabıdır.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox