Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 14:06:00
ADMİU-nun  tələbə və müəllimləri LDU-da olublar

Lənkəran Dövlət Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında bu il oktyabrın 25-də  imzalanan Anlaşma Memorandumuna əsasən  ADMİU-nun rektoru, professor Ceyran xanım  Mahmudova başda olmaqla universitetin  bir qrup müəllim və tələbə heyəti LDU-da növbəti  iki günlük səfərdə olublar. 


AzEdu.az xəbər verir ki, LDU-nun rektoru, professor Natiq İbrahimov
ADMİU-dan gələn nümayəndə heyətinə  universitet, burada tədris olunan ixtisaslar barədə ətraflı  məlumat verərək bildirib ki, musiqi və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ADMİU ilə birgə tələbə hazırlığı LDU-nun tələbə və müəllimləri üçün faydalı olacaq. Bu səbəbdən də LDU ADMİU-nun bu ixtisaslar üzrə tədris planlarını tədbiq etmək, tələbə-müəllim mübadiləsini həyata keçirmək, bu sənət ocağının böyük təcrübəsindən yararlanmaq niyyətindədir.

 

Yaracılıq  səfəri çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininmüəllimlərindən  respublikanın  əməkdar  rəssamı Vüqar Əli və Asim Bayramov LDU-nun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələrərəngkarlıq və boyakarlıqdan ustad dərsləri keçiblər.

 

ADMİU-nun  Teatr sənəti fakültəsinin musiqili teatr aktyorluğu ixtisası üzrə IV tədris ili tələbələrisəfərin birinci günü LDU-nun geniş Akt zalının səhnəsində  C.Məmmədquluzadənin  “Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında hazırlanmış “Yol”  tragikomediyasını təqdim ediblər.Kurs rəhbəri, resbublikanın əməkdar artisti Şövqi Hüseynovun quruluş verdiyi tamaşada rolları tələbələrdən Lalə Qarayeva, Böyükxanım Məmmədova, Ülvi Həşimov, Qüdrət Fətullayev, Zeynəb Babayeva, Kamran Şahverənov, İnci Fərəcova, Tural İbrahimov, Cavid Rzayev ifa ediblər. Tamaşanın musiqi tərtibatını  Rüfət Xəlilov  verib.

 

Səfərin ikinci günü isə tələbə aktyorlar italyan dramaturqu Daryo Fonun “Markofta” komediyasını   ifa ediblər. Hər iki tamaşa anşlaqla  keçib və LDU-nun müəllim və tələbələri tərəfindən maraqla, sürəkli alğışlarla  qarşılanıb.

 

Tamaşanın sonunda Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov maraqlı və zəngin  səfər  proqramına, gözəl tamaşaya və ustad dərslərinə görə ADMİU-nun  rektoru, professor Ceyran xanım Mahmudova  başda olmaqla universitetin müəllim və tələbələrinə təşəkkürünü bildirərək belə yaradıcı görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu  deyib.

 

İki universitet arasında əməkdaşlığın möhkəmləndirilməsində fəal iştiraka görə tələbə aktyorlara, onların kurs rəhbərlərinə, müəllimlərə LDU-nun “Təşəkkürnamə”ləri və xatirə  hədiyyəsi  təqdim edilib.


Öz növbəsində
ADMİU-nun  rektoru, professor Ceyran xanım Mahmudova  səmimi qarşılanmaya,yüksək qonaqpərvərliyə görə LDU-nun rektoru, professor Natiq İbrahimova minnətdarlıq edib.