http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2021-12-07 11:12:00
Müəllimlərin məzuniyyət maaşı bu cür hesablanır – Çaşqınlığa son  

Azedu.az müəllimləri maraqlandıran məsələləri yayımlamaqda davam edir.

 

Bunlardan biri də məzuniyyət pullarının hesablanmasıdır. Adətən çoxlarımız düşünürük ki, məzuniyyət üçün bizə hesablanan məzuniyyət haqqı aldığımız əmək haqqına bərabər olacaqdır.

 

Azdu.az məzuniyyət pulunun hesablanma qaydasını təqdim edir:

 

Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, müəllimlərə məzuniyyət 56 təqvim günü müddətində verilməli, orta əmək haqqı isə ən geci məzuniyyətin başlanmasına 3 gün qalmış ödənilməlidir.

 

Məzuniyyət başlanandan sonra ödənilərsə, müəllimin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının verildiyi gündən hesablana bilər.

 

Müəllimin məzuniyyət pulu orta aylıq əməkhaqqına əsasən hesablanır. Orta əmək haqqının hesablanması qaydası isə Əmək Məcəlləsinin 140-cı maddəsində göstərilib. Bunun üçün öncə məzuniyyətdən əvvəlki 12 ayın maaşını toplayaraq 12-yə bölmək, orta aylıq əmək haqqının məbləği tapmaq lazımdır.

 

Daha sonra alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına, yəni, 30,4-ə bölməklə bir günlük əmək haqqının miqdarı müəyyən edilir.

 

Sonra isə bir günlük əmək haqqının məbləği, məzuniyyət günlərinin sayına, məsələn, 56-ya vurulur. Daha dəqiq izahı isə belədir:

 

 

Orta aylıq əmək haqqı - 12 ayın əmək haqqısının cəmi: 12

 

 

Bir günlük əmək haqqı-orta aylıq əmək haqqı: 30.4

 

 

Məzuniyyət haqqı-Bir günlük əmək haqqı * Məzuniyyət günlərinin sayı(56)

 

Məzuniyyət haqqının yüksək olması üçün məzuniyyəti bayram və istirahət günləri az olan, və iş günləri çox olan ayda götürmək sərfəlidir.

 

Əmək Məcəlləsinin 114.6 Maddəsinə görə - "Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

 

 

Qeyd edək ki, 12 aydan az işləyib məzuniyyətə çıxan müəllimin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.  Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidi.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları