https://www.zirve.edu.az/ #
2021-12-03 10:08:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir  ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 17:00-dək imtahanda iştirak etmək üçün 905 (BA - 191, BB - 714) nəfər qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.