Azedu.az

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib

Ali təhsil

30 Noyabr 2021, 10:50
Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin şəhid məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun təşkilatçılığı ilə keçirilən yarışa universitetin 66 tələbəsi qatılıb.

 

AzEdu.az xəbər verir ki, yarışın gedişini AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin prorektorları izləyiblər.

 

Yarışda ilk üç yerin qalibi medal və diplomla təltif olunub.

 

Mükafatlandırılma mərasimində AzTU-nun İdman klubunun müdiri Aydın Ağəliyev, İdman klubunun müəllimi İsgəndər Rizayev və THİK-in sədri Mirməhəmməd Ələkbərli iştirak edib.

 

Xatırladaq ki, Milli Qəhrəman Çingiz Qurbanovun doğum gününə həsr olunan şahmat yarışı hər il keçirilir.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox