Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-27 12:47:00
Kimlər Təhsil Tələbə Krediti ala bilməz?-DİQQƏT

Noyabrın 25-i Təhsil Tələbə Kreditlərinə müraciət prosesinə start verildi.

 

Kredit almaq üçün e-ttkf.edu.az portalı vasitəsi ilə müraciətlərini göndərə bilərlər.

 

Ancaq şərt və tələblərə əsasən, bəzi tələbələr  bu kreditlərdən yararlana bilməz.

 

Bu tələbələr hansılardır?

 

AzEdu.az  Təhsil Tələbə Kreditinin verilməsi aşağıda qeryd olunan tələbələr üçün nəzərdə tutulmayıb:

 

  • Akademik borcu olan tələbələrə TTK verilmir

 

  • Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə TTK verilmir

 

  • Ölkəmizdə təhsil alan əcnəbilər (xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər) TTK ala bilməz

 

  • Xarici ölkənin təhsil müəssisəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələr TTK ala bilməz

 

  • Dövlət İmtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) olan tələbələrin təhsil haqqı xərcləri dövlət hesabına ödənildiyindən onların TTK almaq hüquqları yoxdur.

 

Eyni zamanda Fondun Himayəçilik Şurası tərəfindən birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbənin standart TTK almaq hüququ onun qəbul imtahanında topladığı ümumi balın minimal həddinə əsasən müəyyən edilir. Bu bal aşağıda qeyd olunmuş təsdiq edilən bal aralığına uyğun olmalıdır.

 

  • Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı

 

  • Magistratura səviyyəsi üçün 50-100 bal aralığı

 

  • Subbakalavriat səviyyəsi üçün 110-300 bal aralığı

 

Qeyd edək ki, müraciətlərin qəbulu davam edir, son qəbul tarixi yoxdur.