Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 12:56:00
Kreditlərin verilməsi zamanı tələbələrə hansı güzəştlər tətbiq ediləcək? -VACİB

 

 

Kreditlərin verilməsində müəyyən güzəşt sistemi mövcuddur.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev Təhsil Tələbə Kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə deyib:

 

“Bu, iki hissəyə bölünür. Sosial kreditlərdən faydalanan tələbənin müvəffəqiyyət göstəricisi 71 və daha çoxdursa, bu zaman həmin semestr üçün ona faiz hesablanmayacaq. Əgər tələbə bütün təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarıdırsa,bu zaman ona verilən kredit və ona hesbalanmış məbləğə 50% güzəşt ediləcək.

 

Standart kreditlərdə isə müvəffəqiyyət göstərici 71 və daha çoxdursa bu zaman həmin semestr ona kredit faizi hesablanmayacaq. Əgər ümumi təhsil  müddətində göstəriciləri 91 baldan yuxarıdırsa, o zaman  ona verilən kreditdə və buna hesablanmış məbləğin qaytarılmasına 25%güzəşt ediləcək