Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində təlimlər davam edir.
AzEdu.az xəbər verir ki, 50 rayon və şəhərdən 341 tərbiyəçi-müəllim Bakıda təlimlərə cəlb olunub. Təlimlər həftəiçi 4 gün, hər bir qrupda 25 iştirakçı olmaqla gündəlik 2 qrup üzrə keçirilir.
Təlimlərin məqsədi 2021/2022-ci tədris ilində qruplarda çalışacaq yeni tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir. Təlimlərdə tərbiyəçi-müəllimlər ilkin tibbi yardım, oxu vərdişləri, davranış pozuntusu olan uşaqlarla iş, valideynlərlə iş, qiymətləndirmə, inklüziv təhsil, praktik oyunlar kimi müxtəlif mövzularda bilik və bacarıqlarını inkişaf etdirirlər.
Xatırladaq ki, noyabrın 10-dan başlanan təlimlər 30-dək davam edəcək.