Azedu.az

UNEC-də “Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması” mövzusunda onlayn seminar keçiriləcək

Ali təhsil

19 Noyabr 2021, 17:36
UNEC-də “Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması” mövzusunda onlayn seminar keçiriləcək

UNEC-də Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədovanın moderatorluğu ilə “Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması” mövzusunda onlayn seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, mövzu ətrafında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov təqdimatla çıxış edəcək.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

 

24 noyabr 2021-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən //zoom.us/j/91619600436 linki vasitəsilə qoşula bilərsiniz.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.

 

Seminarı izləmək üçün //www.facebook.com/UNEC-T%C9%99dqiqat-M%C9%99rk%C9%99zl%C9%99ri-101090375171032/ linkinə keçid edə bilərsiniz.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox