Azedu.az

BMU-nun əməkdaşları Təbiət fənni dərsliyinin müəllifləri sırasında  

Ali təhsil

15 Noyabr 2021, 12:35
BMU-nun əməkdaşları Təbiət fənni dərsliyinin müəllifləri sırasında  

Orta məktəblərin 5-ci siniflərində pilot olaraq tədris olunmağa başlayan Təbiət fənni dərsliyinin müəllifləri arasında Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin əməkdaşları da yer alıb.

 

AzEdu.az xəbər verir ki, Pedaqoji fakültənin dekanı, dosent  Elşad Abdullayev, Kimya-biologiya kafedrasının müdiri, k.ü.f.d. Elmar İmanov və kafedranın baş müəllimi Elşad Yunusov kitabın müəllifləri sırasındadırlar.

 

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən tərtib olunan Təbiət (Science) dərsliyi tədqiqat əsaslı öyrənməyə və təbiət fənlərinin (fizika, kimya, biologiya, coğrafiya) inteqrasiyasına əsaslanır.

 

 “Təbiət-5” dərslik komplekti 2021/2022-ci tədris ilində ölkə üzrə 132 məktəbdə pilot sınağına təqdim edilib.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox