Azedu.az

Lisey və gimnaziyalarda diaqnostik qiymətləndirmə aparılıb

Maraqlı

28 Oktyabr 2021, 14:31
Lisey və gimnaziyalarda diaqnostik qiymətləndirmə aparılıb

Təhsil İnstitutu tərəfindən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalarda 5, 6, 7, 8 və 9-cu sinif şagirdlərini əhatə edən diaqnostik qiymətləndirmə təşkil olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, imtahan zamanı 5-ci sinifdə 3 fənn üzrə 45 sual, 6-cı sinifdə 4 fənn üzrə 55 sual, 7-ci sinifdə 8 fənn üzrə 80 sual, 8 və 9-cu siniflərdə isə 9 fənn üzrə 90 sual təqdim olunub.

 

Diaqnostik qiymətləndirmə lisey və gimnaziyalarda təhsil alan şagirdlərin ötən tədris ilində öyrəndiklərini ölçmək məqsədilə aparılıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox