Azedu.az

Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Məktəbəqədər təhsil

Orta təhsil

Kolleclər

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

AzEdu Tv

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

7 Mart 2018, 13:30
Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Martın 9-da dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

AzEdu.az-a Təhsil Nazirliyindən verilən məlumata əsasən, diaqnostik qiymətləndirmə saat 11:00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcək.

Bu mərhələdə 56 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək və bununla rasionallaşdırılmış peşə təhsili  müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatmış hesab olunacaq.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox