Son günlər “Təhsil haqqında” qanuna müxtəlif dəyişiklər edilib. Bu dəyişiklərin əsas hissəsini isə peşə təhsili ilə bağlı məsələlər əhatə edir.
AzEdu.az onları təqdim edir:
İlk qərar Azərbaycanda peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmağın mümkün olacağı ilə bağlı oldu:
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.
Peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək:
Dəyişikliklə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.
Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
Nazirlər Kabineti 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətinin “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları, eləcə də yeni “Kosmetologiya” ixtisas qrupu əlavə edilib.
`
Milli Məclisin plenar iclasında "Peşə təhsili haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanuna yeni bənd əlavə olunur.
Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.