Azedu.az

Peşə təhsilinin prioritet istiqamətləri üzrə qrant müsabiqəyə layihə qəbul olunur

17 Oktyabr 2021, 12:02
Peşə təhsilinin prioritet istiqamətləri üzrə qrant müsabiqəyə layihə qəbul olunur

Təhsil Nazirliyinin “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsinə layihə qəbul olunur. Müsabiqənin keçirilməsində məqsəd peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsidir.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada [email protected] ünvanına göndərməlidir. Layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox