Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 17:53:00
Orta ixtisas təhsili müəssisələrində oxuyanlar daha çox texniki ixtisasları seçiblər  

Ötən tədris ilində ölkəmizdə fəaliyyət göstərən 61 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində 59 min 984 tələbə oxuyub. Onların 54 min 590-ı əyani, 5 min 394-ü qiyabi təhsil alıb. 2001-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 42 min 612 nəfər olub. Bu, illər keçdikcə orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayının artdığını göstərir.

 

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (14 min 837 nəfər) üstünlük veriblər. İkinci yerdə təhsil ixtisasları qrupu (12 min 676 nəfər), üçüncü yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (11 min 261) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 1628 nəfər seçib.