Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 15:15:00
Ajiotaja əsas yoxdur! – “Məktəblərdəki epidemioji vəziyyət nəzarətdədir”
“Təhsil Nazirliyi öz növbəsində durumu nəzarətdə saxlayır”
 
“Azyaşlılar arasında yoluxma kritik deyil”
 
“Bunlar bizim şəxsi pozitiv yanaşmamız yox, rəsmi statistikalardır”
 
Hazırda ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib. Onlardan 35-i  əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
 Yaxın günlərdə  Sumqayıt şəhərində 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kamil Əsgərovun ,  28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayevin COVİD-19 dan dünyasını dəyişməsi məktəblilər və valideylərdə təşviş yaratdı. 
 
   Proses bu şəkildə davam etdiyi halda yenidən ümumtəhsil məktəbləri distant təhsilə geri dönə bilərmi? 
 
 “AzEdu.az” təhsil portalının baş redaktoru Elmin Nuri bildirib ki, karantin müddəti bitdikdən sonra hər şey qaydasında olarsa, digər siniflər də əyani təhsilə qayıdacaq:
 
“Lakin artıq cəmiyyətdə istər dünənki hadisə- şagird ölümü, istərsə də ondan öncəki proseslərlə bağlı təşviş yaranmadadır. Təbii ki valideynləri başa düşmək mümkündür. Ötən ilin bu günü ilə bu ilin bu günü arasında aparılan müqayisələr  sürətləndirilmiş vaksinasiya bizə imkan verir ki məktəblərin bağlanması ilə əlaqədar iddiaların hələlik tam əsassız olduğunu deyə bilərik. Artıq vaksinasiya yaşı da aşağı salındı, bu istiqamətdə işlər sürətləndirilir. Yoluxma sayı arasınadakı müqayisələr onu deməyə əsas verir ki bizdə vəziyyət o qədər də kritik deyil. Açığı lokal siniflərdə qapanma gözlənilirdi. Hazırda məktəblərdə durum o qədər də kritik qiymətləndirilə bilməz. Vəziyyət nəzarətdədir. Operativ Qərargahın gördüyü tədbirlər qənaətbəxşdir. Təhsil Nazirliyi öz növbəsində durumu nəzarətdə saxlayır. Azyaşlılar arasında yoluxma kritik deyil. Bunlar bizim şəxsi pozitiv yanaşmamız yox, rəsmi statistikalardır. Qısaca desək hər şey hələki nəzarət altındadır. Belə bir durumda cəmiyyətdə ajiotajın yaranmasına heç bir səbəb yoxdur. Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Biz bəzən ehtiyatlı olmaqla panikaya düşmək arasındakı incə cizgini itiririk. Ötənlərdə Səhiyyə Nazirliyi ilə Təhsil Nazirliyi ortaq bəyanat ünvanladılar. Orada da tədbirli olmağa çağırış var idi.  Bu çağırışın kökündə valideyn, müəllim və şagirdlərin özlərinin    tədbirli olması dayanırdı. Bu məsələyə diqqət daha da artdıqca məktəblərdəki durum düzələcək. Bütün valideynlərin bu prosesdə pozitiv iradəli olmasına  ehtiyac var”. 
    
 Qeyd edək ki bir çox ölkədə pandemiyadan zərər çəkən  sahələr cərgəsində təhsil ön sıralarda yer alır.