Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-25 15:16:00
ADNSU-nun əməkdaşları “UniLab” portalının təqdimatında iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirak etdiyi “UniLab” layihəsi çərçivəsində Avstriyanın Krems Universiteti tərəfindən yaradılan “UniLab” portalının təqdimatı olub.

 

AzEdu.az xəbər verir  ki, tədbirdə bu ali məktəbin əməkdaşları, tələbələri və tərəfdaş universitetlər iştirak ediblər.

 

Təqdimatda yeni yaradılan portalın tərəfdaş universitetlər, həmçinin şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib, iştirakçıların təklifləri dinlənilib.

 

“UniLab” portalı universitetlər ilə şirkətləri bir araya gətirən vahid platforma kimi tələbələrə ixtisasları üzrə təcrübə və iş imkanları haqqında məlumat əldə etmək, şirkətlərə isə vakansiyalarla bağlı məlumat paylaşmaq imkanı yaradır. Portalda yerləşdirilən bütün beynəlxalq təcrübə və iş elanlarına ADNSU tələbələri də müraciət edə bilərlər.