https://www.zirve.edu.az/ #
2021-09-17 16:58:00
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görkəmli alim Lütfi Zadəyə  kitab sərgisi həsr olunub  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində dünya şöhrətli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr olunan kitab sərgisi təşkil edilib.

 

AzEdu.az xəbər verir ki ,Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən və dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir.

 

Sərgidə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş etdirilib. Sərgi, həmçinin virtual formatda hazırlanıb və Azİİ Elektron Kitab Evinin səhifəsində təqdim olunub.