Azedu.az

Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

16 Sentyabr 2021, 14:10
Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən merçendayzinq üzrə təlimlər keçirilir.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlim zamanı iştirakçılar şirkətlərin tələblərinə uyğun məhsulların yerləşdirilməsi, onlara nəzarət, məhsulun reklam edilməsi üçün imkanları müəyyənləşdirmək, reklam materiallarının düzgün yerləşdirilməsini təmin etmək, promo məhsulların, marketinq materiallarının və hədiyyələrinin satış nöqtələrinə çatdırılmasını təmin etmək kimi müxtəlif istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər.

 

Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Bir ay ərzində təlim iştirakçıları işin birbaşa icra edildiyi məkanlara getmək və təcrübə keçmək imkanı da əldə edəcəklər. Müraciətlər sentyabrın 30-dək Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytındakı keçid üzərindən qəbul ediləcək.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatı agentliyin sosial media səhifələrindən əldə etmək olar.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox