Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-14 11:39:00
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat davam edir  

2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) qeydiyyat aparılır.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək. Bu gün saat 11:40-dək imtahanda iştirak etmək üçün 615 nəfər (Azərbaycan bölməsi - 532; rus bölməsi – 82) qeydiyyatdan keçib.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.