Azedu.az

Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu aparılır  

Peşə təhsili-faydalı məlumat və xəbərlər

11 Sentyabr 2021, 11:51
Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu aparılır  

2021-2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin seçimi müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün keçirilən vakansiya seçimi mərhələsinə peşə təhsil müəssisələri üzrə 46 vakant yer çıxarılıb. Bakı və regionlar üzrə təqdim olunan vakansiyalar Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, informatika, ingilis dili, kimya və riyaziyyat fənlərini əhatə edir. Namizədlərə //www.miq.edu.az/ saytı vasitəsilə ilə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçmək hüququ təqdim edilib.

 

Qeyd edək ki, tutulmayan yerlər üzrə Təhsil Nazirliyi tərəfindən növbəti mərhələnin keçirilməsi planlaşdırılır.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox