Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 14:23:00
Dərslərə niyə ənənəvi qaydada başlanılır?-ƏSAS SƏBƏB

“Ənənəvi tədrisə başlamağa səbəb səhiyyə sisteminin inkişafı ilə müsbət dəyişikliklərlə bağlıdır. Ən vacibi də vaksinasiya ilə bağlıdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev “Yeni tədris ilinə dair” brifinqdə səsləndirib.

 

O, təhsil işçilərinin vaksinasiya prosesinə cəlbindən də danışıb:

 

“Aprel-may ayından başlayaraq təhsil işçilərinin vaksinasiyası başladı. 169862 təhsil işçisi vaksinasiya prosesindən keçib. Təhsil bütün evlərdən keçir və bu səbəb dən valideynlər də prosesə mütləq qoşulmalıdır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları