Azedu.az

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qaynaqçı” təlimləri təşkil ediləcək  

Peşə təhsili-faydalı məlumat və xəbərlər

30 Avqust 2021, 17:13
Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qaynaqçı” təlimləri təşkil ediləcək  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qaynaqçı” təlimləri təşkil ediləcək.

 

AzEdu.az xəbər verir  ki, təlim üçün seçilmiş iştirakçılar qaynaq işləri zamanı əmək təhlükəsizliyi, qaynaq standartları və texnologiyası haqqında ümumi məlumat alacaqlar. Həmçinin bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə qaynaq tikişinin qurulmasını, metal birləşdirmə prosesini öyrənəcəklər. GMAW qaynaq üsulunda istifadə olunan qaynaq məftilləri, volfram elektrodlar və onların standartları, GTAW qaynağı vasitəsilə bütün fəza vəziyyətlərində müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi, qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması haqqında biliklər əldə edəcəklər.

 

Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Təlim 3 modul üzrə 11 həftə (128 saat) davam edəcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Təlimdə iştirak etmək istəyənlər sentyabrın 10-dək müraciət edə bilərlər.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox