https://www.zirve.edu.az/
24.07.2018 12:17
“Azərbaycanda universitetə imtahan vermək mənim üçün vaxt itkisi olardı” –Sərt almantəfəkkürlü müsahibə

Almaniyada oxuyan soydaşımız: “Bir çoxları hay-küyə düşüb xaricə gedir ki, bunun da nəticəsi mənfi olur”

“Univermayak” rubrikası çərçivəsində  növbəti “səfər” imiz  Almaniyanın Leypsiq şəhərində yerləşən Leypsiq Universitetinədir. Universitet 1409-cu ildə yaradılıb.

AzEdu.az universitetlə daha yaxından tanış olmaq, Almaniya təhsili barədə geniş məlumat almaq üçün həmin ali təhsil ocağında  təhsilalan Bağır Quluzadə ilə müsahibəni təqdim edir:

-Bağır,  öncə səni yaxından tanıyaq: Orta təhsilinizi harda almısan?

-2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 1 nömrəli tam orta məktəbdə almışam. Məktəb illərindən daha çox humanitar sahəyə meyilli olmuşam. Həm valideynlərim, həm də müəllimlərim  xaricdə təhsil almağımı istəyirdilər. Ona görə də bu məsələ məni əvvəldən düşündürüb.Hazırda Almaniyanın Leypsiq Universitetində təhsil alıram. Bu il I kursu bitirdim.

-Almaniyada təhsil almaq bir çoxlarının arzusudur. Səncə, buradakı təhsilin keyfiyyəti, ümumiyyətlə, Almaniyanın özü  arzulandığı qədər varmı?

-Almaniya xarici tələbə sayına görə Avropa üzrə birinci, dünya üzrə ikinci yerdədir. Təbiiki, təhsil səviyyəsi olduqca yüksəkdir! Xüsusəndə Azərbaycandan gələn tələbələr üçün ilk günlərdə bir çox problemlər ortaya çıxır. Unutmayaqki, arzularımız məhz  çətin olduqları üçün, biz onların reallaşmasını bu qədər çox istəyirik!

-Necə oldu ki, Almaniyada təhsil almağa qərar verdin? Bu, şans məsələsidir, yoxsa,əvvəlcədən planlamışdın?

-Artıq IX sinifdə xaricdə təhsil almağı planlaşdırırdım. Bir neçə il öncədən verməli olduğum imtahanlar və istədiyim ixtisas üzrə araşdırmalar aparıb, lazımi məlumatları əldə etmişdim.

-Hansı ixtisas üzrə təhsil alırsan?

-Beynəlxalq münasibətlər üzrə təhsil alıram. Bir neçə ixtisas seçmək şansım var idi.Əslində, son günə qədər turizmi seçməyi düşünürdüm, ancaq siyasi elmlərə marağım olduğuna görə, məhz bu ixtisasa üstünlük verdim. Almaniyada bu sahənin daha perspektivli olduğu qanaətindəyəm.

-Seçdiyin ixtisasa maraq nədən yaranıb?

-Diplomat olmaq istəyirəm. Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək ən böyük arzularımdan biridir. Xarici dostlarımın çoxalmasından sonra bu istək dahada artdı.

-Bəzi Avropa ölkələrinə nisbətən, Almaniya universitetlərinə qəbul olmağın daha çətin olduğunu deyirlər. Bu, həqiqəti əks etdirirmi?

-Bəli! Ümumilikdə, Almaniya, Niderland və Skandinaviya ölkələrindəki universitetlərdən qəbul almaq, digərləriylə müqayisədə çətindir. Buradakı müraciətçidə universitetlər beynəlxalq nailiyyətlərin olmasına üstünlük verirlər. Buna baxmayaraq C1 dil sertifikatı və yüksək GPA olması universitetə qəbul şansını artırır.

-Almaniya,əsasən tibb təhsili ilə məşhurdur. Digər sahələr üzrə təhsil necədir?

-Düzgün vurğuladınız. Maraqlısı odurki, almanların özü tibb sahəsinə o qədər də maraq göstərmir. Çünki qəbul olmaq xeyli çətindir, eyni zamanda, bu sahədə oxumaqda qəliz məsələdir. Hər il bir çox əcnəbi tələbə məhz imtahanların çətinliyinə görə tibb təhsilini yarımçıq qoyur. Mühəndislik və iqtisadiyyat fakültələri üzrədə dünyada birinci pillələrdə Almaniyanın adını görə bilərik. Burada istənilən ixtisas üçün geniş və keyfiyyətli təhsil imkanları mövcuddur.

-Almaniyada təhsil almaq üçün əsas şərtlər hansılardır? Hansı prosedurlardan keçmək lazımdır?

-Alman dilində təhsil almaq üçün HÖTE və ya TestDaF sertifikatı  ( universitetə görə dəyişə bilər ) , ingilis dilində oxumaq üçün isə IELTS (6.5+) tələb olunur. Bundan əlavə GPA göstəriciləridə mümkün qədər yüksək olmalıdır, adətən, 80+ istənilir. Hər yerdə olduğu kimi Almaniyada da universitetə müraciət edilərkən motivasiya (motivation) və tövsiyə məktubu (recommendation letter) yazılmalıdır. Beynəlxalq səviyyəli hər hansı bir diplomun olması isə əlavə və böyük üstünlükdür.

-Sənin nəticələrin necə idi?

-İELTS  7.5,GPA-ya gəldikdə isə mən məktəbi bitirib birbaşa getmişəm. Attestatda isə qiymətlərin dördü “4”, qalanı isə “5” idi. Bu da təxminən, 86-87 olur.

-İELTS-də yüksək nəticə göstərmək üçün necə çalışmaq lazımdır?

-IV sinifdən ingilis dilini öyrənməyə başlamışam. Sırf  İELTS -ə isə  7 ay hazırlaşdım. Əsas diqqətim “speaking” və “writing”-də olub. “Writing” balımda müəllimin köməyi çox olub. Esse yazmağı sevirdim. Bizdə çoxları məktəb vaxtı öz dilimizdə belə inşa yaza bilmirlər.Ona görə deyirlər ki, İELTS Writing bölməsi çətindir. Danışıq üçün isə həftədə  ən az 4 “Conversation club” -a gedirdim.Xarici dostlarımla daim  əlaqədəydim . Bu da çox kömək olub.

-Almaniyada tələbənin biraylıq yaşam xərcləri nə qədərdir?

-Yaşam xərcləri birmənalı olaraq şəhərə görə dəyişir. Bavariya Almaniyanın ən bahalı bölgəsidir. Şərq hissəsi isə əvvəllər ADR-in tərkibində qaldığından nisbətən daha ucuzdur. Bu məbləğ ortalama olaraq, aylıq 650-700 avro arasında dəyişir. Ev, kommunal xərclər- 380€ , qida- 120€, transport- 80€, internet və digər xərclər isə 80€ təşkil edir.

- “Alman qaydaları” – almanlara xas olan xiddi nizam-intizam faktoru dünyada  çox məşhurdur. Bu təhsildə nə dərəcədə  keçərlidir?

-Əlbəttə ki, bu nizam-intizam, dəmiz qaydalar təhsil üçün də keçərlidir. Məsələn, analitik təhlil zamanı kiçik bir səhv onlar tərəfindən böyük qəbahət hesab edilə bilir. Ancaq müəyyən müddət sonra insan öyrəşir, fikrimcə, bu, müsbət haldır.

-Təhsil aldığın universitet Almaniya reytinq cədvəlində neçənci yerdədir? Təhsili səni qane edirmi?

- Seçim etməzdən əvvəl diqqət yetirdiyim ən vacib nüanslardan birielə bu idi. Leyspiq Almaniyada 84 universitet arasında 9-cu yerdə göstərilib. Diplomu bütün dünyada tanınır. Əlbəttə, qane edir, burda olduğum üçün şanslıyam.

-Orada təhsil haqları necədir?

-Əksər dövlət universitetlərində alman dilində təhsil demək olarki, ödənişsizdir. Eyni qayda ingilis dili üçündə keçərlidir, buna baxmayaraq, ingiliscə yerlər məhdud sayda olduğundan müraciət edənlərin 15-20% - i pulsuz əsaslarla təhsil almaq şansı qazanır. Əgər məktəbi bitirib birbaşa Almaniyada təhsilinizi davam etdirmək istəyirsizsə, bunun üçün  “foundation” (hazırlıq qrupu) oxumalısınız, onunda ödənişi 12.000- 25.000 avroya qədər dəyişir. Bəzi özəl və amerikan universitetlərində təhsil haqqı isə 20.000 avrodan başlayır.

-İlk ilin olsa da, bir müddət ərzində  alman təhsilində başqa hansı özəllikləri gördün? Ən sevdiyin hansı fərqliliklər oldu?

-Məncə, əsas fərq odurki,  burada hər adam universitetə sənəd vermir, ancaq yüksək potensiallı şəxslər hazırlaşırlar. Bu da qrupda açıq aşkar görünür, onların ilk təhsilləri çox güclüdür. Dərs zamanı dəqiqliklərini çox bəyənirəm, xarici dillərədə böyük önəm verilir. Bütün qrup yoldaşlarım ən az 3 dil bilir, hərdən elə olurki, bizi qonşu ölkələrin universitet tələbələriylə görüşə aparırlar. Bu, həm öyrənmək, həmdə səyahət üçün önəmlidir.

-Magistr təhsilini harda almağı düşünürsən? Eyni sahə üzrə davam edəcəksən?

-An etibarı ilə bu barədə konkret qərarım yoxdur. Cənubi Avropa ölkələri vəyaxud fərqli macəra olması üçün iqlimi yaxşı olan Asiya dövlətlərinə üstünlük verə bilərəm.

-Almaniyada daxil olmayacağın halda, burada təhsil almaq üçün  Azərbaycanda qəbul imtahanı vermişdinmi?

-Xeyr, verməmişdim. Ehtiyac yox idi. Bu, mənim üçün sadəcə, əlavə vaxt itkisi olardı. 

-Bir dərsinizi təsvir edərdin. Dərs prosesini hansı üsulla keçirsiz?

-Dərs başlamamışdan əvvəl hərkəsin mövzuyla bağlı fikirləri, bildikləri soruşulur. Hər tələbə diskussiya açmaqda sərbəstdir. Bizim dərslərin yarısı siyasi debat şəklində keçirilir.

-Müəllimlərin xarici tələbələrə münasibəti necədir?

-Müəllimlərin münasibətləri normaldır, hərçəndki, yerli əhali qaradərili, qaraşın adam gördükdə onları Somali, Suriya qaçqınına bənzədirlər. Ümumi olaraq, miqrantlara münasibət ürəkaçan deyil.

-Oxuduğun universitetdə xarici tələbələr çoxluq təşkil edirmi? Hansı ölkədən gələnlər daha artıqdı?

-Təxminən,  30-35%-ixaricidir. Çexiya,  Polşa, Türkiyə, İspaniya və Sinqapurdan tələbələr üstünlük təşkil edir.

-Təhsil aldığın şəhəri “tələbə şəhəri” adlandıra bilərsinizmi? Tələbələr üçün hansısa güzəştlər varmı?

-Təəssüfki, yox. Köln, Auqsburq tələbələr üçün daha əlverişli şəhərlərdir. Məsələn, ictimai nəqliyyatdan istifadədə, muzeylərə girişdə və s. müəyyən güzəştlər var. 

-Almaniyada hansı dildə təhsil daha rahatdır?

-Almanca. Əsas səbəb olaraq onu deyə bilmərəmki, gələcəkdə qalıb işləmək istəsəniz mütləq almanca bilməlisiniz. Ancaq İtaliya və İspaniyadan fərqli olaraq Almaniyada insanların çoxu ingiliscə bilir, yəniki, yerli əhaliylə kontakt zamanı problem yaşamırsınız.

-Almaniya universitetləri hansı beynəlxalq imtahan nəticələrini qəbul edir?

- IELTS, TestDaF, HÖTE, istisnahallardaSAT və TOEFL-da olabilər.

-Bağır, bəs karyeranı harda qurmaq istəyirsən? Fikrimcə, Almaniya kimi ölkədən çıxmağı düşünmürsən...

-Gələcəkdədə burada yaşamaq istəyərəm. Xüsusəndə cəmiyyət və insanların bir-birinə yanaşmasında Azərbaycandan hədsiz dərəcədə fərqlənir.

-Təhsil aldığın sahədə özünü görürsənmi?

-Hələlik,  görürəm, bilirəmki üzərimdə işləməliyəm. Bunu zaman göstərəcək

-Son olaraq,  xaricdə təhsil almaq istəyən gənclərə nə tövsiyə edərdin? Mütləq xaricdə təhsil almalıdırlarmı?

-Ən azından 2 xarici dil öyrənmələrini məsləhət görərdim. Əlbəttəki,bunlardanbiriingilis, digərifransız, alman, ispandillərindənbiriolabilər. Əfsuski, birçoxinsanhaya-küyədüşübxaricəgedir, buda sondayaxşınəticəvermir. Bu cümləmyalnışanlaşılmayabilər, ammayaxşıolarki,hərşeyiöncədəngötür-qoyetsinlər, çünki burada oxumağında öz çətinlikləri var. Təkcə, dərslərindahaçətin olduğuna görədeyil, tanımadığın mühitdəyaşamaq, hər işiözün görmək və s. Birdə eləölkədən çıxmaq adına göre, təhsil vəperspektiviAzərbaycandan elə də fərqlənməyən ölkəyə dəgetməyə dəyməz. Buna görə dəaraşdırmaedib, hər şeyi nəzərəalmaqlazımdır.