Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-14 14:40:00
Bu fənlər üzrə vakansiya seçimində 1599 namizəd uğur qazanıb  

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində avqustun 10-13-də biologiya, musiqi, ingilis və rus dilləri fənləri üzrə vakansiya seçimi aparılıb.

 

AzEdu.az xəbər verir ki, vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifəsində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub. Müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib.