Azedu.az

150 ballıq ixtisasları bu şəxslər seçə bilər –ŞƏRTLƏR  

10 Avqust 2021, 11:43
150 ballıq ixtisasları bu şəxslər seçə bilər –ŞƏRTLƏR  

Ali təhsil müəssisələrinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Lakin bəzi ixtisaslar üzrə müsabiqə şərtləri 150 baldır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müəyyən ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Yəni, abituriyent blok imtahanından  minimum 50 bal toplamalıdır.

Bu şərtləri ödəyən tələbələr 150 ballıq ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox