https://www.zirve.edu.az/ #
2021-08-04 15:16:00
Qubadlı rayonu üzrə ən yüksək nəticəni o əldə edib  

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu Qasımova Röya Anar qızı Qubadlı rayonu üzrə ən yüksək nəticəni göstərib.

 

AzEdu.az xəbər verir ki,bu barədə Qubadlı Rayon Təhsil şöbəsindən bildirilib ki, Röya buraxılış və II ixtisas qrupu üzrə qəbul imtahanlarından ümumilikdə 683,3 bal toplayaraq yüksək nəticə əldə edib. Məcburi köçkün kimi Sumqayıta pənah gətirən Röyanın ailəsi ikiqat sevinc içərisində olduqlarını bildirib. “Sevinirik ki, qızımız ali məktəbdə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən azad edilmiş Qubadlı rayonunun məzunu kimi oxuyacaq”, - deyə onlar ölkə Prezidentinə yaradılan şəraitə görə minnətdarlığını bildiriblər.