Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 18:05:00
Erasmus proqramından necə yararlanmaq olar?-Ətraflı MƏLUMAT

Xaricdə  müəyyən  müddətli  təhsil  üçün  tələbələrin  mübadilə  proqramları  geniş  yayılıb.

 

Bu  proramlar bir neçə ölkənin universitetlərindən yalnız birində təhsil almaq üçün sizə imkanlar verir.

 

Belə  ki, həmin ölkədə oxumaq üçün sizə qrant proqramı verilir. Ölkəmizdən  də bu  kimi  proqramlarda  iştirak  edən  müəyyən  qədər  tələbələr var. Erasmus da bu proqramlardan biridir.

 

Bəs,  Erasmus nədir?  Bu  proqramdan necə yraralanmaq olar?

 

Yaxın  əyləşin, AzEdu.az   bir  sıra  gənclərin  xaricdə  təhsil  üçün  üstünlük  verdiyi  Erasmus  proqramı  haqqında  ətraflı  məlumatı  sizə  təqdim  edir:

 

Erasmus, Avropa birliyi tərəfindən təhsil, iş təcrübəsi kimi sahələrdə gənclərin özlərini inkişaf etdirmələri üçün yaradılmış proqramdır. Bu  proqram  bakalavr və magistr təhsili alan tələbələrin, təhsil işçilərinin  öz  təhsillərini xarici bir universitetdə davam etdirmələrinə və yeni iş imkanları əldə edə bilmələrinə kömək edir.

 

Bu proqram adını Humanizm hərəkatının lideri və Şimali Avropa intibahında mühün rol oynamış Klassik Ədəbiyyat Araşdırmaçısı  və   İlahiyyatçı Desiderius Erasmusdan alıb.

 

Ümumi büdcəsi yarım milyard dollara yaxın  olan  və 250.000-ə yaxın tələbənin faydalandığı Erasmus proqramı, Avropa birliyinin bu  proqrama qatılan ölkələrə ayırdığı fondlar tərəfindən maliyyələşdirilir.

 

Proqrama ən az 3, ən çox 12 ay olmaqla, ümumilikdə 24 ay  müddətində  qatıla bilərsiniz. Yalnız 1 dəfə Avropa qrant proqramından yararlanmaq  şansınız  var.

 

Erasmus tələbə  mübadiləsi  proqramının bir üzvü olaraq 2  şəkildə   ölkə xaricinə gedə bilərsiniz:

 

  1. Avropa universitetlərində təhsil almaq
  2. Gedəcəyin ölkədə bir şirkətdə təcrübə keçərək

 

Proqrama  sadəcə  1 dəfə qatılmaq mümkündür.

 

Bəs  Erasmus proqramı hansı ölkələri əhatə edir?

 

Proqrama  Avropa birliyinin üzvü olan 30 ölkə və bundan əlavə Türkiyə, Norveç, Makedoniya kimi ölkələr də qatılıb. Hansı ölkəni seçmək isə yalnız özünüzə, maraqlarınıza, ixtisasınıza ya da gördüyünüz işə bağlıdır. Hansı mədəniyyətə daha tez uyğunlaşa bilirsiniz, hansı dili daha yaxşı qavraya bilirsiniz, özünüzü hansı ölkədə daha çox inkişaf etdirə bilərsiniz deyə düşünün, çünki ən doğru qərarı  yalnız   özünüz verə bilərsiniz.

 

Digər mühüm şərt isə dil biliyinin yetərli olmasıdır

 

Erasmusa müraciət etdiyinizdə təhsil alacağınız dil ilə bağlı yetərli olub-olmadığınızı yoxlamaq istəyəcəklər. Xüsusilə ingilis  dilli  ölkələrin universitetləri TOEFL adlanan testdən keçməyinizi mühüm hesab edir. Yəni bunu ingilis dili biliyinizin yetərli səviyyədə olduğuna sübut kimi qəbul edir. Bu sınaqdan uğurlu keçən tələbələr, əlavə olaraq danışıq qabiliyyətinin yoxlanılması üçün  şifahi  imtahana  girirlər.

 

Akademik göstəriciniz 50%, dil səviyyəniz 50% olarsa Erasmusa qəbul edilə bilərsiniz.

 

Sonrakı addım isə universitetinizin Xariclə əlaqələr, Erasmus Kordinatoru bölməsinə getməkdir. Buradan lazım olan sənədlər, iştirak  etməli  olduğunuz  imtahanlar barədə daha detallı  məlumat  əldə  edə  bilərsiniz.

 

İmtahanı  uğurlu  başa  vurduqdan  və ölkəni də seçdikdən sonra universitetdən aldığınız sənədlə pasport və viza prosesinə başlamalısınız. Ancaq xarici ölkədəki təhsilinizə, Erasmusu qazandığınızdan bir sonrakı tədris  ilidə  başlaya bilirsiniz. Məsələn, 2020-2021 tədris ilində qazanmısınız, 2021-2022 tədris ili payız və yaz ərəfələrində başlaya bilirsiniz.

 

Erasus proqramı davam edərkən dil bacarıqlarının inkişafı üçün dəstək göstərilir. Proqrama qatılan tələbələr ən az 30 ECTS krediti dərs almaq məcburiyyətindədirlər. Dərs sayı mühüm deyil. Proqram davam edərkən alınan dil dərsləri tələbənin ümumi bal ortalamasına təsir etmir. Proqramda dərsləri keçə bilməyən tələbə öz universitetində yenidən o dərslərdə  iştirak  edir.

 

Fidan Ali