Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 14:08:00
ADNSU-nun “Azİİ Kitab Evi” işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna 100 adda kitab hədiyyə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Kitab Evi” Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi kitabtoplama kampaniyasına qoşulub.

 

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, “Azİİ Kitab Evi”nin direktoru Səlahət Mahmudova Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə həyata keçirilən “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın əhəmiyyətini vurğulayıb.

 

“Azİİ Kitab Evi” 100 adda 120 nüsxə kitabı işğalından azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.