https://www.zirve.edu.az/ #
2021-07-24 12:33:00
Ali məktəblərə qəbul olmaq üçün 13 minədək subbakalavr ərizəsini təsdiqlədib  

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 10:45-ə olan məlumata görə, 12 min 866 subbakalavr elektron ərizəsini təsdiqlədib.