Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 15:09:00
AzTU rektoru Qurban bayramı münasibətilə kollektivi təbrik edib

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Qurban bayramı münasibəti ilə universitet kollektivini təbrik edib.

 

AzEdu.az  rektorun təbrikini təqdim edir:

 

"Əziz müəllimlər, tələbələr və valideynlər!

 

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

 

Əminəm ki, mübarək Qurban bayramı bütün milli və dini bayramlarımız kimi, xalqımızın yüksək ideyalar ətrafında daha sıx birləşməsini təmin edəcək.

 

Müqəddəs Qurban bayramı münasibətilə bir daha sizi təbrik edir, əmin-amanlıq, rifah və uğurlar arzulayıram.

 

Kəsilən bütün qurbanlar qəbul olunsun!"