http://www.position.az/ https://www.zirve.edu.az/
2021-07-08 11:36:00
Magistraturaya sənəd verənlərin nəzərinə: Qəbul online aparılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində sənəd qəbulu onlayn aparılacaq.

 

AzEdu.az xəbər verir ki, 2021/2022-ci tədris ili üzrə sənəd qəbulu prosesinin reallaşdırılması üçün UNEC-də onlayn proqram təminatı hazırlanıb. Bakalavrlar aşağıda qeyd olunan sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq tələbə kabineti qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidir.

 

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün tələb olunan sənədlər:

 

  1. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Təhsil haqqında sənəd – Diplomun və diploma əlavənin notarial təsdiqli surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər); cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış.

  4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və hərbi biletin surəti (oğlanlar üçün);
  5. Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

 QEYD: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Təhsil haqqından azad olunan bakalavrlardan tələb olunan sənədlər:

  1. I və II dərəcə əlilliyi olan şəxslər: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88) və doğum haqqında şəhadətnamənin surəti. Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
  2. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları - Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti.
  3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar - Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88), tələbənin doğum haqqında şəhadətnaməsinin surəti. Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

  1. Şəhid ailəsinin üzvü olan bakalavrlar:
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • bakalavrın şəhid ailəsinin üzvi kimi vəsiqənin surəti və doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88), valideynin şəxsiyyət vəsiqəsinin surəti, tələbənin doğum haqqında şəhadətnaməsinin surəti. Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı), tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd : Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

Fakültələr (məktəb/mərkəz) barədə məlumat:

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

İqtisadiyyat və idarəetmə ixtisasları (26-cı proqram)

[email protected]            

+99412 4404742

https://www.facebook.com/unecbmdm/

UNEC Biznes Məktəbi

MBA proqramı üzrə ixtisaslaşmalar (56-cı proqram)

[email protected]

+99412 497 62 67

https://www.facebook.com/UNEC.MBA/

Magistratura Mərkəzi

Texniki və texnoloji ixtisaslar (6,14,19,20,21,23,53,72-ci proqramlar)

[email protected]

+99412 5640537

https://www.facebook.com/UNEC.MM.Qaynarxatt/ 

Təhsil haqlarını necə ödəmək olar?