https://www.zirve.edu.az/ #
2021-06-24 12:19:00
"İlin gənc müəllimi-2021" müsabiqəsinin qalibi "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olundu

AzEdu Təhsil Portalı, Milli Məclisin Mədəniyyət Komitəsi və "Gənc müəllim" şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən  “İlin Gənc Müəllimi - 2021" builki qalibi gənc müəllim Elvin Səlimov "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 24 iyun tarixində Füzuli, Xocavənd və Zəngilan bölgəslərində iştirak edib döyüşlərə qatılan bir qrup hərbçini medalla təltif edib. Bununla bağlı sərəncam imzalanıb. 

"Füzulinin azad olumasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan hərçilərdən biri də Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı, (Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin  iştirakçısı)  Səlimov Elvin Zahid oğludur. 

Təbrik edirik!