Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 14:48:00
Nazir:"Peşə təhsili ali təhsilə gedən yolu asanlaşdırır"

Ötən  il  14  mindən  çox  şəxs  peşə  təhsilinə  müraciət  edib. Bu  əvvəlki  illərlə  müqayisədə  27%  daha  çox  gənci  əhatə  edir”. 

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Təhsil  naziri  Emin  Əmrullayev   AzTV-də  yayımlanan  “Hədəf”  verilişində deyib.

 

O, hazırda  fəaliyyət  göstərən  peşə  təhsili  müəssisələri və onların inkişafından söz açıb:

 

Peşə  təhsili  həm  iqtisadiyyatın  inkişafında, həm  iş  tapmaq  mövzusunda , həm də  müəyyən  mənada  hər  insanın  ixtisasa  yiyələnməsi  baxımından  çox  vacib  təhsil  pilləsidir. Son  dövrlərdə  Azərbaycanda  ən  innovativ və yüksək  infrastruktura  malik  yeni  peşə  təhsili  müəssisələri  tikilib və  gələcəkdə onların tikintisi  davam  etdiriləcək. Məsələn, hazırda  Bakı  şəhərində  Sənaye  və  İnnovasiyalar  üzrə  peşə  təhsili  mərkəzinin  bazasında  8  ən  müasir  peşə  ixtisaslarını Təhsil  Nazirliyi  olaraq vətəndaşlara  təqdim  etmək  iqtidarındayıq. Bundan  əlavə, bölgələrimizdə  peşə  təhsili  müəssisələri   kənd  təsərrüfatı,  xidmət, turizm  və  s.  sahələrdə  kifayət  qədər  maraqlı  məzmunu əhatə edir”.

 

Nazir, peşə  təhsilinin  vacibliyi  və  ali  təhsilə gedən  yolda  onun əhəmiyyətindən  danışıb:

 

Biz  ümumiyyətlə  cəmiyyət  olaraq  təhsilə  inanmalıyıq. Bilməliyik  ki,  təhsil  insan  həyatını  yaxşıya  doğru  dəyişən, hər  fərdin  rifahını  yüksəldən  ən  qısa  yoldur.  Ola  bilər  ki, müəyyən  səbəblərə  görə  kimsə  ali  təhsilə  yiyələnə  bilmir. Amma  heç  olmasa  müəyyən ixtisasa  yiyələnmək  olduqca  vacibdir.  Bu  il  də  elektron  ərizə  qəbulu  əsasında  peşə  təhsili  müəssisələrinhə  ərizə  qəbulu  həyata  keçiriləcək.  Şagirdlər  9 və ya 11-ci  sinifləri  bitirdikən  sonra  yüksək  peşə  ixtisas  pilləsində  təhsil  alırlar, daha  sonra  subbakalvr  dərəcəsi  alıb  avtomatik  ali  təhsil  müəssisəsinə  qəbul  olmaq  imkanı  əldə  edirlər. Beləliklə, peşə  təhsilindən  ali təhsilə  gedən  yol  da  asanlaşdırılmış  olur”.