Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 15:28:00
Azərbaycanlı tələbə Danimarka Krallığnın “Hökümət Təqaüdü”nə layiq görülüb  
Mirzəliyeva Səbinə Elmar qızı 2017-ci ildə Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət elmləri təmayüllü məktəb-liseyin “İstedadlar” sinfini fərqlənmə attestatı ilə bitirmişdir .
 
 
AzEdu.az xəbər verir ki, elə həmin ildə 649/700 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinin “Politologiya” ixtisasına qəbul olmuşdur.
 
 
Dövlət İdarəçilik Akademiyasını 97/100 - Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə Politologiya üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirdikdən sonra təhsilini magistr dərəcəsi üzrə davam etdirmək üçün Avropanın bir neçə nüfuzlu universitet və hökümət təqaüdlərinə müraciət edən Səbinə Danimarka Hökümətinin tam təqaüdünə layiq görülərək (Danish State Scholarship) Roskild Universitetinin “International Public Administration and Politics” (IPAP) magistr proqramına qəbul olan ilk Azərbaycanlı tələbə adını qazanır . O Eyni zamanda Hollandiyanın Maastrix Universitetinin “International Relations: European Studies”, Radboud (Nijmegen) Universitetinin isə “Political Science: Conflict, Power and Politics”, Utrext Universitetinin “International Relations in Historical Perspective” magistr proqramına qəbul olur.
 
 
 
Mirzəliyeva Səbinə həmçinin Avropa Birliyinin Leipziq, Vyana Universitetləri, London İqtisad və Siyasi elm məktəbində təhsil almaq imkanı verən “Erasmus Mundus Master in Global Studies – A European Perspective (EMGS)” konsorsiumunun ehtiyat siyahısına düşməyidə bacarır.
Qəbul aldığı dörd magistr proqramından Roskild Universitetini seçən Səbinə Danimarka krallığının Hökümət Təqaüdünü qazanmış ilk Azərbaycanlı tələbə adını qazanır.
 
 
Səbinəni ,onun müəllimlərini və valideyinlərini təbrik edir, Ona gələcək həyatında, təhsil fəaliyyətində uğurlar diləyirik !