Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 20:03:00
İki mindən çox təhsil işçisi vaksinasiyadan imtina edib-RƏSMİ

“2500 nəfər təhsil işçisi vaksinasiyadan imtina edib”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində açdığı canlı yayım zamanı deyib.

 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 38 185 təhsil işçisindən 24 502 nəfər vaksinasiyadan keçib: “4620 nəfər yoluxduğuna görə peyvənd olunmayıb. 3 400 nəfər digər səbəblərdən peyvənd olunmayıb. 3000-ə yaxın şəxs isə arayış gətirdiyinə görə peyvənd olunmayıb. 2500 nəfər imtina edib. Vaksin vurdurmayan insanların yoluxma riski yüksəkdir. Ona görə də çalışmaq lazımdır ki, tez bir zamanda peyvənd olunsunlar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları