Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 17:59:00
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat yekunlaşıb  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 20-də keçiriləcək test imtahanına qeydiyyat bu gün başa çatıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 10-u saat 16:00-dək aparılıb. 1944 namizəd (BA - 553, BB - 1391) qeydiyyatdan keçib.

 

İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.