Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-05 15:03:00
Təhsil Nazirliyindən builki MİQ müsabiqəsi ilə bağlı vacib açıqlama - "İcazə verilir"

Ümumi təhsil müəssisələrində hazırda müəllim vəzifəsində çalışan şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

 

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, iyunun 4-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu prosesinə başlanılıb. Sənəd qəbulu iyunun 11-dək davam edəcək.

 

Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir. Elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.