Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 17:50:00
"İlin gənc müəllimi -2021” müsabiqəsində ƏN YAXŞI ONLUQ  məlum oldu-SİYAHI

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsində  qısa siyahı –  “ən yaxşı onluq” müəyyən edildi.

 

AzEdu.az xəbər verir ki,  müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

Müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  3 turda həyata keçirilir. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırmalıdır.

 

Qeyd edək ki, Çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

 

Müsabiqədə dövlət orta məktəblərində və özəl orta təhsil müəssisələrində müəllim işləyənlər iştirak edə bilər. Staj məhdudiyyəti tətbiq olunmur.

 

Beləliklə, münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi təqdim edirik:

 

Qeyd edək ki, sıralama tam şərtidir və TOP-10-luq AzEdu Təhsil Portalında səsverməyə çıxarılacaq.

 

Səsvermə 23 may saat 00:00-dək etibarlıdır:

 

 

      1.Məmmədov Rəvan Kərim oğlu- (Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi)

      2.Möhsünova Təranə Nəcəf qızı - İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb;

      3.İsmayılova Gülnar Zeynal qızı - Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbi;

      4.Rüstəmli Nemət Qəzənfər oğlu - Ağdam rayon 91 nömrəli tam orta məktəb;

      5.Bayramova Gülər Sərdar – Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb;

      6.Əzizova Mələk Məhəmməd qızı - Azərbaycan Britaniya Kolleci;

      7.Səlimov Elvin Zahid oğlu - Xətai rayonu, 27 nömrəli tam orta məktəb;

      8.Alızadə Aysel Sərdar qızı - Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb;

      9.Rzazadə Babək Tarif oğlu - Astara şəhər bir saylı tam orta məktəb;

      10.Babayeva Aysel  Nizami qızı - 5№-li Respublika xüsusi internat məktəbi;