Azedu.az

Magistratura üzrə respublika birincisi UNEC-i seçdi  

Ali təhsil

Magistratura

13 İyul 2018, 10:55
 Magistratura üzrə respublika birincisi UNEC-i seçdi    

2018/19-cu tədris ili üçün magistraturaya qəbul imtahanlarında respublika üzrə ən yüksək bal toplayan tələbə UNEC-i seçib. 

AzEdu.az xəbər verir ki, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) maliyyə menecmenti ixtisası üzrə qəbul olan Bəxtiyar Zeynalov imtahanlarda 138 bal toplayaraq respublika birincisi olub.

Ötən tədris ilində magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən ilk 20 tələbənin də məhz UNEC-də təhsil aldığını xüsusi vurğulayan B.Zeynalov ixtisası üzrə keyfiyyətli magistr təhsili üçün UNEC-i seçməklə doğru addım atdığına əminliyini bildirib: “Mənimlə yanaşı, 11 tələbə yoldaşım da UNEC-ə qəbul olub. İnanıram ki, magistr təhsilini UNEC-də davam etdirmək hər birimiz üçün uğurlu olacaq”. 

Qeyd edək ki, UNEC-in BMDM-ə 2018-2019-cu tədris ili üçün magistr qəbulu birinci mərhələdə 98%-lə yerinə yetirilib. 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris həyata keçirən BMDM ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox