Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-13 14:53:00
BMU-da Ramazan bayramı ilə bağlı növbəti yardım aksiyası keçirilib-FOTO  

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası Ramazan bayramı ilə bağlı növbəti yardım aksiyası keçirib.

 

AzEdu.az xəbər verir ki, bu dəfəki yardım aksiyasında BMU-da çalışan bir qrup təsərrüfat işçisi, həmçinin Abşeron rayonu ərazisində yaşayan imkansız ailələr yer alıb. Onlara Şura tərəfindən bayram ərəfəsində ərzaq yardımları göstərilib.

 

Universitetin ictimai-sosial həyatında aktiv rol alan BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı dövrdən etibarən davamlı olaraq müxtəlif xeyriyyə aksiyaları keçirir.