Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-09 12:10:00
Milli Aviasiya Akademiyasının şöbə rəisi vəfat edib  

Milli Aviasiya Akademiyasının Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsinin rəisi Arif Ramazanzadə vəfat edib.

AzEdu.az xəbər verir ki, o, 2000-ci ildən adıçəkilən şöbənin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Arif Ramazanzadə 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Fizika ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-nın Fizika institutunda başlayıb. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Qeyd edək ki, A.Ramazanzadə tanınmış alim Malik Ramazanzadənin oğludur. O, atasının yolu ilə gedərək fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosent olub.

Allah rəhmət eləsin!