Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 17:01:00
X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

 Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, Təhsil Nazirliyi hər zaman əyani tədrisə qayıtmağın tərəfdarı olub: 

“Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnanırıq ki, bu mənada valideynlər övladlarını məktəbə göndərəcək. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: 

“Şagirdlərin məktəbdə və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.(oxu.az)