Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 14:14:00
UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

 

“UNEC  tələbələrinin  imtahan  suallarının verilməsi  ilə bağlı  tələbləri  ədalətsiz  və  doğru  olmayan  yanaşmadır”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Azərbaycan  İnternet  Forumunun  Prezidenti  Osman  Gündüz  qeyd  edib.

 

O,bu  mövzunun  öncədən  UNEC  İctimai  Şurasının  iclasına  çıxarıldığını bildirib:

 

“Mən  gözləyirdim  ki, tələbələr  tamam  başqa  məzmunda  tələblər  irəli sürəcəklər. Əslində , UNEC  rəhbərliyi, çox  güman  ki, belə  müqavimətin olacağını  proqnozlaşdırırdı. Çünki, bu  məsələni  rəhbərlik  UNEC  İctimai Şurasına  da  çıxarmışdı. Yəni, rektor  qabaqcadan  İctimai  Şuranın  da mövqeyini  öyrənmək  istəmişdi.

 

Yeri gəlmişkən, şurada  bu  istiqamətdə ciddi müzakirələr gedib, UNEC rəhbərliyinin mövqeyi dəstəklənib. Sadəcə, şura  üzvü  olaraq  mənim  bu məsələdə  mövqeyim  bir  qədər  fərqli  olub”.

 

Prezident, UNEC-in  atdığı  addımın  təhsilin  keyfiyyəti  baxımından  zəruri  olduğunu, Təhsil  Nazirliyinin  zamanında  distant  təhsillə  bağlı  tənzimləməni  düzgün  aparmadığı  üçün  bu  problemlərin  yaşandığını  qeyd  edib:

 

“Əlbəttə, sualların  və  ya  cavabların  verilməməsi  tələbələr  üçün  əlavə  bir yükdür, əlavə  əzab - əziyyətdir. Daha  çox  oxumaq , daha  çox  zaman  tələb olunacaq. Amma  keyfiyyətli  təhsil, keyfiyyətli  bilik  və  bacarıqlar  üçün  bunlar  zəruridir. UNEC  də  tədrisin  keyfiyyəti  və  qiymətləndirmə istiqamətində  uzun  müddət  aparılan  işlərin  məntiqi  yekunu  olaraq, məhz keyfiyyətli  təhsil  baxımından  belə  bir  addım  atıb. Ola  bilər  ki, distantın yaratdığı  diskomfort  mühit  universitetlər  üçün  də  keyfiyyətli  təhsil baxımından  əlavə - gözlənilməz  problemlər  yaradıb.

 

Təəssüf  ki, hökumət  də , Təhsil  Nazirliyi  də  zamanında  distantla  bağlı tənzimləməni, metodiki  və  texniki - texnoloji  standartları  müəyyən  etməyib. Əslində, biz  indi  dolayısıyla  məhz  bu  məsələlərin  zamanında  həll edilməməsinin  ağrısını  yaşayırıq”.

 

O, UNEC-in  distant  təhsilin  keyfiyyətini  yüksəltmək  üçün  gördüyü  işlərə  diqqət  çəkib:

 

“Nəzərə  almaq  lazımdır  ki, UNEC  az  sayda  universitelərdən  biridir ki, məhz  distantın  keyfiyyətini  qaldırmaq  üçün  əlavə  xeyli  investisiyalar yatırıb. Bu  qədər  islahatlar  aparmaqla, bu  qədər  investisiyalar  yatırmaqla universitetdə  təhsilin  keyfiyyətini  qaldırmaq  istiqamətindəki  addımları  təqdir  etmək  və  dəstəkləmək  daha  doğru  olardı.

 

Fikrimcə, tələbələrin  distantın  keyfiyyəti  və  mahiyyəti  ilə  bağlı, tələbələr  və müəllimlər  üçün  internetin  əlçatanlığı  və  keyfiyyəti  ilə  bağlı  müzakirələr açıb  Universitetə  və  hökumətə  təkliflər  verməsi  daha  məntiqli  olardı”.

Prezident  son  olaraq  mövzuya  fərqli  yanaşmasını  qeyd  edərək  UNEC-də  bu  istiqamətdə  müəyyən  dəyişikliklərin  gözlənildiyini  bildirib:

 

“Fikrimcə, tələbələrin  günahı  olmadan, mövcud  pandemiya  səbəbindən qaynaqlanan  keyfiyyətsiz  standartlardan, hüquqdan  və  metodikadan  kənar distant  və  texniki – texnoloji  problemlər  səbəbindən  tələbənin  yekun  balında  imtahanın  xüsusi  çəkisinə  yenidən  baxılmalıdır.

 

Bildiyim  qədər  UNEC-də  növbəti  mərhələdə  bu  istiqamətdə  dəyişikliklər gözlənilir”.