Azedu.az

İctimai Şuranın üzvü \"Space\" TV-yə yeni rəhbər təyin olundu

5 May 2021, 12:53
İctimai Şuranın üzvü \

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

 

AzEdu.az-ın məlumatına görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

 

Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı "Report"a təsdiq edib.

 

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

 

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

 

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox